Haqqımızda

Biz Asiyada yerliyik

Biz sadəcə tur təşkil edən insanlar deyilik!

Biz Asiyada yaşayan, bu regionu tanıyan dostlarıq. Sənin üçün səyahəti rahat, əyləncəli və tam olaraq istədiyin kimi planlayırıq. “Tailor-made” – yəni tam sənə uyğun turlar hazırlayırıq, çünki hər kəsin marağı, enerjisi və arzuları fərqlidir.

Bizimlə turlarda sadecə bir bələdçi ilə deyil, sanki bir dostunuzla səyahət edəcəksiniz – çünki bizim sizə yalnız bilet və otel deyil, həm də yerli tövsiyələr, gizli məkanlar və rahat birgə vaxt təqdim edirik. Asiya haqqında nə sualın olsa, sizdən bir mail uzaqdayıq
– sənin Asiyadakı dostların olaraq!

Məqsədimiz

AziaBaku.net — Asiyanı sizlərə daha yaxın və əlçatan etmək üçün yaradıldı.

Səyahət etməyi, fərqli mədəniyyətləri tanımağı sevirdik, amma gördük ki, bir çox insan Asiya ölkələrinə səyahət etmək istəyir, lakin dil baryeri, etibarlı bələdçi çatışmazlığı, və ya doğru məlumat tapmaq çətinliyi bu arzuların qarşısını alır.
Məhz bu ehtiyacdan yola çıxaraq, AziaBaku.net layihəsini qurduq. Məqsədimiz — Azərbaycanla Asiya arasında körpü olmaq, insanlara etibarlı, şəffaf və ana dillərində səyahət və məlumat xidmətləri təqdim etməkdir.
Biz inanırıq ki, səyahət sadəcə gəzinti deyil — bu, insanın dünyagörüşünü dəyişən bir təcrübədir. Və biz bu təcrübəni daha rahat, daha təhlükəsiz və daha mənalı etmək üçün buradayıq.
AziaBaku.net — Sizin Asiyaya açılan qapınız!

Komandamız

Murad Nəsirov

Təsisçi, Tur Rəhbəri

Son 5 ildir ki, Yaponiyada yaşayan. Asiyanın müxtəlif ölkələrini kəşf etdikcə, bu gözəllikləri həmvətənlərimizlə paylaşmaq istəyir. AziaBaku.net bu ideyadan yarandı.

Lalə Salimova

Tur Konsepti Yaradıcı, Tur Rəhbəri

Səyahətlərdən və yeni ideyalar yaratmaqdan ilham alıram. AziaBaku.net-də əsas məqsədim — hər turun fərqli, maraqlı və yadda qalan olması üçün yeni konseptlər qurmaqdır.

Sirac Ağayev

Partnet, Tur bələdçisi

Tokyo-Baku səhifəsindən yaxşı tanıdığınız Sirac, sizlərə həm turlarda həm də tur zamanı Yaponiyanı sevib, burada yaşamaq istəsəz sizə dəstək olacaq.

Şəbnəm Əliyeva

SNS manager, Web designer

AziaBaku.net saytının göz oxşayan dizaynı və sosial mediada aktivliyi onun kreativ baxışının nəticəsidir. Komandamızın arxa səhnədəki güclü yaradıcı qüvvəsidir.